Son günlər yoluxma dərəcəsi artır, sağalanların sayı yoluxanların sayından xeyli geri qalır. Buna səbəb vətəndaşların məsuliyyətsizliyidir. Karantin rejiminin yumşaldılması dayandırılır və yenidən məhdudlaşdırılma aktivləşdirilir. Belə ki, cümə günü axşamdan bazar ertəsi səhərə kimi tam qapadılma tətbiq olunacaq. İctimai və fərdi nəqliyyat hərəkəti, küçəyəçıxma, iş rejimi məhdudlaşdırılacaq, mağazalar qapadılacaq. Bir sözlə tam qapalı rejim yaradılacaq.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.
O qeyd edib ki, sabah bununla bağlı Operativ Qərargahın rəhbəri, Baş Nazir Əli Əsədovun müraciəti olacaq. Bu məsələlər detallı şəkildə elan ediləcək. Sonra isə əhaliyə bununla bağlı tam məlumat veriləcək.