Təhsil Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, Naxçıvan Şəhər Təhsil Şöbəsinin metodisti Natella Rzayeva tərəfindən şəhər ümumtəhsil məktəblərinin şagirdləri üçün AMEA Naxçıvan bölməsinin “Nəbatat” bağında virtual ekskursiya təşkil olunub. “Təbii birliklər və ekoloji sistemlər” mövzusunda baş tutan ekskursiya 100-ə yaxın şagird tərəfindən izlənilib.
Ekskursiya zamanı təbii birliklər, ekoloji sistem, biosenozun strukturu və qida zənciri haqqında ətraflı izah verilib.
Bioresurslar İnstututunun Nəbatat şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Teyyub Paşayev “Nəbatat” bağının istixanasında müəyyən şərtlər altında saxlanılan və Naxçıvan Muxtar Respublikasının florasına daxil olmayan bitki növləri ilə şagirdləri tanış edib. Ekskursiya şagirdlərin böyük marağına səbəb olub.