Qarpızın böyrəklər üçün olan faydası hamıya məlumdur.
Qarpız həqiqətən böyrəklər və sidik kisəsini yaxşı təmizləyir. Lakin bu nəhəng giləmeyvənin digər daha az bilinən faydaları da var.
NUHÇIXAN sizi bu faydalarla tanış edir.
1. Qarpız likopin maddəsi ilə zəngindir. Bu maddə ürək və damarların sağlamlığını qoruyur.
2. Qarpız əzələ ağrılarını azaldır. Məşqdən əvvəl qarpız şirəsini içsəniz əzələlərdə xoşagəlməz hisslər sizi daha az narahat edəcək.
3. A vitamini ilə zəngin olduğundan görmə üçün çox faydalıdır.
4. Qarpızın tərkibində olan "arginin" adlı maddə təzyiqi salmağa kömək edir.
5. Qidalı liflər və pektinlə zəngin olan qarpız bağırsaqları yaxşı təmizləyir, bağırsaq mikroflorasını yaxşılaşdırır, qəbizliyin qarşısını alır, bağırsaq xərçənginin riskini azaldır.
6. Qarpız qaraciyər üçün də çox faydalıdır.