Sağlamlıq imkanları məhdud uşaqlar arasında stolüstü tennis üzrə yoldaşlıq görüşü keçirilib - FOTOLAR
Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyası Gənclər və İdman Nazirliyi ilə birgə bütün kateqoriyadan olan məhdud fiziki imkanlı şəxslərin idman həyatına inteqrasiyası, istedadlı idmançıların aşkara çıxarılması üçün idmanın müxtəlif növləri üzrə yarışlar təşkil edir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının Şərur və Sədərək rayonlarında fəaliyyət göstərən stolüstü tennis bölmələrinin iştirakı ilə yoldaşlıq görüşü keçirilib. Sosial izolyasiya qaydalarına əməl edilməklə Şərur rayonunda keçirilən görüşdə 8 nəfər 18 yaşadək sağlamlıq imkanları məhdud uşaq iştirak edib. Görüşün sonunda qaliblər və iştirakçılar diplom və fəxri fərmanlarla təltif olunub. Sağlamlıq imkanları məhdud şəxslər arasında idman tədbirlərinin qarşıdakı günlərdə də davam etdirilməsi nəzərdə tutulub.