Şərur, Sədərək və Şahbuz rayonlarında yerli özünüidarəetmə orqanlarına metodiki köməklik göstərilib

A- A A+

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, nazirliyin əməkdaşlarından ibarət yaradılmış komissiya tərəfindən bələdiyyə üzvləri və qulluqçuları ilə görüşlər təşkil edilib.Yeni formalaşan bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin təşkili və onlara metodiki köməkliklərin göstərilməsi üçün təşkil olunanan görüş Şərur, Sədərək və Şahbuz rayonlarında baş tutub.

Görüşlər zamanı bütün bələdiyyələrin sənədlərinə yenidən baxılıb, ehtiyac olan jurnal və qovluqlarla təmin edilib. Komissiya üzvləri tərəfindən yeni formalaşan bələdiyyə üzvlərinə və sədrlərinə qanunvericiliyin tələbləri izah edilib, yol verilmiş nöqsanların və qanun pozuntularının aradan qaldırılması yolları göstərilib və onların təkrar edilməməsi tövsiyə edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: