Duzdağda yeni açılan şaxtaya və yeni duz istehsalı müəssisəsinə elektrik xətləri çəkilir - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin əməkdaşları Duzdağda yeni açılan şaxta və ərazidə qurulan yeni duz istehsalı  müəssisəsinə yeni elektrik xətləri çəkirlər.

Sement zavod  yarımstansiyasından qidalanacaq 35 kv-luq yeni elektrik xətti 3,5 km uzunluğunda olacaq. Bu xətt Duzdağda yeni açılan şaxtanı və duzun istehsal və satış həcmini artırmaq məqsədilə ərazidə qurulan yeni müəssisəni elektrik enerjisi ilə təmin edəcəkdir. Bu məqsədlə Sement zavod yarımstansiyasında genişləndirmə işlərinə də başlanılıb. Hazırda həmin yarımstansiyanın qapalı paylayıcı quruluşunda 5 ədəd 35 kilovoltluq müxtəlif təyinatlı hücrələr quraşdırılır.

Mədinə Rəhimli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: