Yaqut Qarayeva: Abituriyentlərin və onların valideynlərinin koronavirus testindən keçirilməsi barədə tələb yoxdur

A- A A+

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mütəxəssisləri tərəfindən imtahanların keçirilməsi zamanı riayət olunacaq qaydalar haqqında müvafiq rəhbərlik hazırlanıb və Nazirlər Kabineti və Operativ Qərargah tərəfindən təsdiqlənib. Bu qaydalarda abituriyentlərin imtahana gəlmələri, orada iştirak edəcəkləri zaman fiziki məsafə, istifadə olunacaq maskalar, əl gigiyenası haqqında məlumatlar çox geniş şəkildə qeyd olunub. Qaydalarda imtahanların hansı şəraitdə keçirilməsi əks olunub, o cümlədən valideynlərin övladlarını açıq havada gözləyərkən bir yerə toplanmamaları və fiziki məsafəni saxlamaları tövsiyə olunub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib.

Onun sözlərinə görə, TƏBİB tərəfindən hazırlanmış qaydalarda abituriyentlərin və onların valideynlərinin koronavirus testindən keçirilməsi və test nəticələrini imtahana gələrkən gətirmələri barədə tələb yoxdur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: