Tələbələr və ekoloji könüllülərin birgə iştirakı ilə onlayn görüş - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “5 iyun Ətraf Mühitin Mühafizəsi Günü” ilə bağlı Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində nazirliyin hamiliyinə verilmiş tələbələr və ekoloji könüllülərin birgə iştirakı ilə onlayn görüş keçirilib.
Görüşdə çıxış edənlər “Ətraf mühitin mühafizəsi sahəsində görülən işlər”, “Ətraf mühitin mühafizəsində yaşıllıqların rolu”, “Gənclərin ekoloji tərbiyəsində qeyri ənənəvi metodaların istifadəsi” mövzularında danışıblar.
Qeyd olunub ki, muxtar respublikada aparılan uğurlu ekoloji siyasət nəticəsində yaşıllıqların həcmi 20 faizədək artıb.
Adilə Səfərova