Naxçıvanda sağlamlıq imkanları məhdud uşaqlar üçün onlayn məşğələlər keçirilir - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi  xəbər verir ki,  Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Məhdud Fiziki İmkanlılar üçün Regional İnformasiya Mərkəzinin müəllim-defektoloqları tərəfindən onlayn məşğələ aparılıb. 

5 iyun-Ətraf Mühitin Mühafizəsi Günü münasibətilə təbiət mövzusuna həsr edilən məşğələdə mərkəzin defektoloji bölməsinin Ordubad və Şərur rayonlarında yerləşən filiallarının əməkdaşları da iştirak edib. Müvafiq kateoqriyadan olan uşaqlar məşğələdə fəal iştirak edib, mövzu ətrafında fikir mübadiləsi aparıblar.

Qeyd edək ki,Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası bu kateqoriyadan olan uşaqların təhsilə cəlbinin davamlılığını təmin etməklə yanaşı, onların inklüziv və məsafədən  təhsil imkanlarının genişlənməsinə və cəmiyyətə inteqrasiyasına əlverişli şərait yaradıb.

                                                                             Nurlan Sadiqov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: