"Büdcəmizi anlayaq" layihəsi çərçivəsində videotəlim - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikası Təhsil və Maliyyə Nazirliklərinin təşkilatçılığı ilə Maliyyə Tədris  Mərkəzi tərəfindən  “Büdcəmizi anlayaq” layihəsi çərçivəsində  növbəti videotəlim keçirilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, onlayn təlimə bu dəfə Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbinin şagirdləri cəlb edilib. 15-ə yaxın məktəblinin iştirak etdiyi təlimdə Maliyyə Tədris  Mərkəzinin əməkdaşları məktəblilərə təlimin mahiyyəti və aktuallığı barədə ətraflı məlumat veriblər.

Təlimin keçirilməsində əsas məqsəd ümumtəhsil məktəblərində təhsil alan şagirdlərə uşaq yaşlarından başlayaraq ilkin büdcə anlayışlarının aşılanması, maliyyə biliklərinin verilməsi və onlarda yığım vərdişlərinin formalaşdırılması ilə düzgün xərcləmə mədəniyyəti yaratmaqdır.

Mərkəzin əməkdaşları qənaət vərdişlərinin formalaşması, məktəbli büdcəsinin səmərəli istifadəsi və maliyyə məqsədlərinin düzgün qoyulması məsələləri ilə bağlı şagirlərlə qarşılıqlı  fikir mübadilə aparıblar. Layihənin interaktiv hissəsində isə şərti ailənin gəlir və xərclərinin müqayisəli təhlili aparılıb və məktəblilərin təqdimatı dinlənilib.

Nurlan Sadiqov

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: