Naxçıvanda iki kəndə qəsəbə, bir qəsəbəyə şəhər statusu verilir

A- A A+

“Naxçıvan Muxtar Respublikasının Babək rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” qanun layihəsi Babək rayonunun Nehrəm və Cəhri kəndlərinə qəsəbə statusu verilməsini nəzərdə tutur.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu APA-ya açıqlamasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bildirib.

Bundan başqa, layihədə Babək rayonunun mərkəzi olan Babək qəsəbəsinə şəhər statusunun verilməsi təklif olunur.

Qeyd edək ki, “Naxçıvan Muxtar Respublikasının Babək rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” qanun layihəsi iyunun 8-də parlamentin Regional məsələlər komitəsinin iclasında müzakirəyə çıxarılacaq.

   
Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: