Onlayn yaradıcılıq müsabiqəsi keçirilib - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Gənclər Fondunun birgə təşkilatçılığı ilə sağlamlıq imkanları məhdud uşaqlar arasında onlayn yaradıcılıq müsabiqəsi təşkil olunub.
Onlayn müsabiqə sosial könüllülərin iştirakı ilə video-formatda keçirilib. Müsabiqə iştirakçıları bacarıqlarına uyğun olaraq, Məhdud Fiziki İmkanlılar üçün Regional İnformasiya Mərkəzi, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi, Heydər Əliyev adına Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi, Naxçıvan şəhərində yerləşən “Saat Meydanı” Turistik İstirahət Mərkəzi və digər məkanlarda olub, sosial könüllülərlə birgə hazırladıqları yaradıcılıq nümunələrini onlayn formatda təqdim ediblər.
Autizm və daun sindromlu uşaqların da iştirak etdiyi tədbirin hazırlıq prosesi də videoçarx şəklində hazırlanaraq tədbirdə nümayiş etdirilib.
Tədbirin sonunda müsabiqə iştirakçılarına hədiyyələr verilib, sosial könüllülər təltif olunublar.
Nurlan Sadiqov