Nağdsız ödəyin, hədiyyə qazanın! - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvanda “Nağdsız ödəyin, hədiyyə qazanın!” tədbirinin 9-cu tirajı keçirilib.
Tədbirdə nağdsız ödənişlərin üstünlükləri barədə məlumat verilib.
Qeyd olunub ki, muxtar respublika üzrə 2018-ci ilin ötən 6 ayı ərzində nağdsız ödənişlərin həcmi 15 milyon 294 min manat təşkil edib. Nağdsız ödənişlərin həcminin daha da artırılması üçün 2014-cü ildən etibarən hər 6 aydan bir “Nağdsız ödəyin, hədiyyə qazanın” həvəsləndirici hədiyyə kopmaniyası keçirilir. Bu günədək 1532 vətəndaşa 100 min manat dəyərində müxtəlif hədiyyələr təqdim edilib. 9-cu tirajda isə 312 şəxsə 20 min manat dəyərində müxtəlif məişət əşyaları hədiyyə ediləcək.
Bildirilib ki, 400 manatdan 601 manatadək nağdsız əməliyyat aparan şəxslərə 40-50 manat dəyərində, 601 manatdan 801 manatadək nağdsız əməliyyat aparan şəxslərə 50-80 manat dəyərində, 801 manatdan çox nağdsız əməliyyat aparan şəxslərə isə 80-110 manat dəyərində hədiyyələr təqdim olunur.
Sonra Naxçıvan şəhəri üzrə 59 kart sahibinə hədiyyələr təqdim edilib.
Qeyd edək ki, kompaniya Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının Naxçıvan Muxtar Respublikası İdarəsi, Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyi, Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin təşkilatçılığı ilə həyata keçirilir.
Vüsal Muradov