Muxtar respublikada 11 xəstəliyə qarşı peyvənd həyata keçirilir - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, uşaqlar arasında peyvəndləmə işləri təqvimə uyğun davam etdirilir. Məqsəd muxtar respublika ərazisində yaşayan və qeydiyyata alınan uşaqların bütünlüklə profilaktik peyvənd olunması və bununla bərabər, həmin uşaqların mövcud infeksion və digər xəstəliklərdən qorunmasıdır.  Bu gün muxtar respubliada 11 xəstəliyə qarşı peyvənd həyata keçirilir. 

Uşaqların peyvəndə cəlb olunması əhali arasında yoluxucu epidemiyaların qarşısını almağa xidmət edir  Bu işdə  təkcə həkimlərin yox, həm də valideynlərin dəstəyi olmalıdır.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 9 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın qəbul olunması bu sahədə görülən işlərə təkan verib.

Nurlana Əhmədova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: