Bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib. Belə ki, sahibkarlara maliyyə dəstəyinin göstərilməsi proqramı çərçivəsində daha 1110 vergiödəyicisinə 362 min 60 manat məbləğində vəsait həmin sahibkarların bank hesablarına köçürülüb. Ümumilikdə isə bu günə kimi 3093 vergiödəyicisinə maliyyə dəstəyi göstərilib.
Maliyyə dəstəyi proqramı çərçivəsində müraciətlərin nəticəsi və vəsaitin bank hesabına köçürülməsi barədə bildiriş vergi ödəyicilərinin İnternet Vergi İdarəsindəki (vergi.nakhchivan.az) elektron kabinetlərinə göndəriləcəkdir. Yaranan suallarla bağlı vergiödəyiciləri Dövlət Vergi Xidmətinin uçotda olduqları yerli vergi orqanlarına müraciət edə bilərlər.
Maliyyə dəstəyi almış vergiödəyicilərinin mütəmadi olaraq yenilənən siyahısı vergi.nakhchivan.az internet səhifəsində yerləşdirilir.