ÜST-nin rəhbəri: İndi arxayınlaşmaq və sayıqlığı itirmək olmaz

A- A A+

Avropada koronavirusla bağlı vəziyyət yaxşılaşsa da, qlobal miqyasda işlər pisləşməyə doğru gedir. Son bir sutkada COVID-19-a yoluxma hallarının sayı rekord dərəcəyə çatıb. Ümumdünya Səhiyyə Təşkilatı dövlətləri və onların vətəndaşlarını sayıqlığı itirməməyə, kütləvi toplantılar, o cümlədən etiraz nümayişləri zamanı ehtiyat tədbirləri görməyə çağırır.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, ÜST-nin baş direktoru Cenevrədə brifinq keçirərək COVID-19-a yoluxmaların sayının 7 milyona yaxın, bu infeksiyadan ölkələrin sayının 400 minə yaxın olduğunu bildirib. Dünən ÜST-yə daxil olmuş məlumata görə, sutka ərzində koronavirusa yeni yoluxanların sayı 136 min olub. Onlardan 75 faizi 10 ölkənin - əsasən Cənubi və Şimali Amerika, habelə Cənubi Asiya dövlətlərinin payına düşür. Bir sıra Şərqi Avropa və Mərkəzi Asiya ölkələrində də yoluxmaların sayı artmaqdadır.

ÜST-nin rəhbəri doktor Tedros Gebreyesus deyib: “Avropada koronavirusla bağlı vəziyyət yaxşılaşsa da, qlobal miqyasda işlər pisləşməyə doğru gedir.

“Biz hüquq bərabərliyi prinsipini və irqçiliyə qarşı qlobal hərəkatı tamamilə dəstəkləyirik”, - deyən ÜST rəhbəri, nümayişlərin bütün iştirakçılarına öz təhlükəsizliyinin qeydinə qalmağı və mümkün qədər sosial məsafə gözləməyi, maska taxmağı, əllərini təmiz saxlamağı, öskürərkən ağzını örtməyi tövsiyə edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: