Yay mövsümü başlanandan ilan sancması ilə bağlı müraciətlərin sayı artıb - VİDEO
Havaların istiləşməsi ilə əlaqədar olaraq zəhərli həşəratların, ilanların fəallaşması artır. Və bu hadisələrə istənilən an, istənilən yerdə rast gəlinə bilər. Xüsusən də kənd yerlərində, otlaq, taxıl sahələri, qamışlıq, bataqlıq, şoranlıq, çöllük, tikinti və digər sahələrdə belə hallara daha çox rast gəlinir.
Həkimlər qeyd edir ki, insanı sancan ilanın görünüşünü və növünü yadda saxlamaq lazımdır. Çünki, bu zaman vurulan zərdab ilanın növünə uyğun olmalıdır. Bəs ilan vuran zaman ilk olaraq nə etmək lazımdır?
NUHÇIXAN İnformasiya Agentliyi Naxçıvan televiziyasının mövzu ilə bağlı hazırladığı videomaterialı təqdim edir:
Mədinə Rəhimli