Bu barədə Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agetliyinə verilən xəbərdə bildirilir. Belə ki, may ayı ərzində muxtar respublikada əhalinin keyfiyyətli internetlə təmin olunması da diqqət mərkəzində saxlanılıb, 891 abonent genişzolaqlı ADSL (Asimmetrik Rəqəmsal Abunəçi Xətti) texnologiyası vasitəsilə internetlə təmin olunub. Bu da muxtar respublikada rabitə əlaqələrinin tam kəsintisiz həyata keçirilməsində, elektron hökumət, genişzolaqlı internet, 4-cü nəsil xidmətlərin və digər informasiya-kommunikasiya texnologiyaları layihələrinin icrasında xüsusi əhəmiyyət daşıyır.
Həmçinin Culfa rayonunda Yeni Nəsil Telekommunikasiya Sistemi və Rabitə Evi istifadəyə verilib. Zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət olan binada Culfa Rayon Rabitə İdarəsi, İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzinin Culfa rayon filialı, “Naxtel” müştəri xidmətləri, “Naxçıvanpoçt” publik hüquqi şəxsinin Culfa Rayon filialının fəaliyyəti üçün lazımi iş şəraiti yaradılıb. Bunlarla yanaşı, Şərur rayonunun Muğancıq-Mehrab və Məmmədsabir kənd mərkəzlərində yeni rabitə evləri istifadəyə verilib. Muxtar respublika üzrə mövcud avtomat telefon stansiyaların nömrə tutumlarının artırılması nəticəsində 180 ədəd yeni telefon nömrəsi abonentlərin istifadəsinə təqdim olunub.