Kəngərli rayonunda keçirilən əmək yarmarkasında 28 nəfərə işə göndəriş verilib - FOTOLAR
İyunun 9-da Kəngərli rayonunda əmək yarmarkası təşkil olunub.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, keçirilən əmək yarmarkasında işaxtaranlara 9-u dövlət və 10-u özəl sektor olmaqla, ümumilikdə 19 müəssisədən 99 boş iş yeri çıxarılıb. Tədbirdə 28 nəfərə işə göndəriş verilib, 3 nəfər isə özünüməşğulluq proqramına cəlb edilməsi üçün qeydiyyata alınıb.
Qeyd edək ki, növbəti əmək yarmarkası iyunun 11-də Culfa rayonunda təşkil olunacaq.