Azərbaycanda daxili uçuşların iyunun 15-dən sonra bərpası nəzərdə tutulur.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu iyunun 9-da Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.
O qeyd edib ki, ilkin mərhələdə Naxçıvan Muxtar Respublikasına həftədə iki dəfə reys təşkil ediləcək. Sonrakı mərhələdə reyslərin sayı artırıla bilər. Uçuşlar zamanı xüsusi qaydalar tətbiq olunacaq.