Şahbuz yaylaqları dezinfeksiya edilir

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, heyvandarlıqla məşğul olan sahibkarların mal-qaranı yaylaqlarda sağlam bəsləməsi üçün dövlət tərəfindən mühüm addımlar atılır. Dövlət Baytarlıq Xidmətinin əməkdaşları yaylaqlarda mal-qaranın saxlanıldığı yerlərdə dezinfeksiya tədbirlərinə başlayıblar.

Şahbuzun əlverişli yaylaqlarından  təkcə bu rayonun heyvandarlıqla məşğul olan sahibkarları deyil, Şərur, Babək, Kəngərli və Naxçıvan şəhərinin  fermerləri, ailə təsərrüfatçıları da istifadə edirlər. Ona görə də hər il bu yaylaqlarda onlarla oba qurulur. 

Aparılan dezinfeksiya və dezinseksiya tədbirlərində  məqsəd ərazidə olan hər hansı xəstəlik törədicilərini və zərərvericiləri məhv etməkdir.

Qeyd edək ki, dezinfeksiya tədbirləri təkcə köçqabağı ərəfədə deyil, mütəmadi olaraq il boyu davam etdiriləcək.

                                                         Novruz Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: