Naxçıvanda “Şanlı tarixim” adlı rəsm sərgisi açıldı - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına sərgi salonunda 15 iyun- Milli Qurtuluş Gününə  həsr olunan “Şanlı tarixim” adlı rəsm sərgisi açılıb. Sərgidə 14 rəssamın 30-a yaxın əl işi nümayiş olunur.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, sərginin açılışı münasibətilə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının əməkdar rəssamı Ülviyyə Həmzəyeva, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzov çıxış edərək  Milli Qurtuluş Gününün ölkəmizin müstəqilliyinin qorunmasında və inkişaf etdirilməsində oynadığı mühüm roldan danışıblar. Diqqətə çatdırılıb ki, 1993-cü ilin 15 iyununda  Ulu öndərin Azərbaycanda  siyasi hakimiyyətə yenidən qayıdışı tarixə Milli Qurtuluş Günü kimi daxil olub.

Sonra sərgiyə baxış olub. Rəssamlar muxtar respublikanın tarixi abidələrini, təbiətini və müasir inkişafını mənzərə, natürmort, qarışıq kompozisiya janrında və dekorativ tətbiqi sənət nümunələri şəklində tamaşaçılara təqdim ediblər. “Muxtariyyət yolu”, “Doğma diyar” rəsmləri və “Ulu öndər”, “Quruculuq” əl işləri tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.                              

 Sərgi iyun ayının 18-dək davam edəcək.

 Mədinə Rəhimli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: