“Gənclik” instrumental ansamblı onlayn konsert verib - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu gün Naxçıvan Dövlət Musiqili Dram Teatrında Naxçıvan Musiqi Kollecinin “Gənclik” instrumental ansamblının onlayn konsert olub.
Naxçıvan Dövlət Musiqili Dram Teatrından təqdim edilən onlayn instrumental konsert Naxçıvan Dövlət Televiziyasında və onun internet resurslarında, o cümlədən Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin sayt və sosial şəbəkə hesablarında canlı yayımlanıb.
Konsertdə gənc müğənnilərdən İlkin Abdullayev və Samir İsmayılov Azərbaycan bəstəkarlarının mahnılarını və əsərlərini ifa ediblər.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Televiziyası mütəmadi olaraq konsertlər, teatr tamaşaları, muzeylərə onlayn ekskursiyaları izləyicilərə təqdim edirlər.
Adilə Səfərova