Kəngərli rayonunun kəndlərinə yeni su və kanalizasiya xətləri çəkilir - VİDEO
“Kəngərli rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi çərçivəsində rayonun bir sıra kəndlərində yeni içməli su və kanalizasiya sistemləri qurulur.
Hazırda rayonun Qarabağlar kəndində yeni içməli su xətlərinin çəkilməsi davam etdirilir. Kənddə aparılan işlər çərçivəsində artıq 180 evə içməli su xətlərinin çəkilməsi başa çatdırılıb.
Naxçivan televiziyasının əməkdaşları bununla bağlı videomaterial hazırlayıblar.
NUHÇIXAN İnformasiya Agentliyi həmin videomaterialı təqdim edir:
Ərhan Novruzov