Şərurda Bayraq Meydanının inşası davam edir - VİDEO
Naxçıvan-Sədərək magistral yolunun sağ tərəfində inşa olunan Şərur Bayraq Meydanının ümumi ərazisi 3 min kvadratmetrdir. Bayrağın ümumi hündürlüyü 36,5 metr olacaq.
Hazırda ərazidə istinad divarları tikilir, su xətləri çəkilir, ağac və gül kollarının əkiləcəyi yerlər hazırlanır.
Naxçıvan televiziyasının əməkdaşları bununla bağlı videomaterial hazırlayıblar.
NUHÇIXAN İnformasiya Agentliyi həmin videomaterialı təqdim edir:
Məhəmməd Fərəcov