TARİXİ YAŞADANLARI -TARİX YAŞADACAQDIR...

A- A A+
 

Heydər Əliyev: “Mən istəyirəm ki, mənim arzum, istəklərim, Azərbaycan dövləti haqqında, müstəqil Azərbaycanın gələcəyi haqqında və Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan haqqında planlarım yerinə yetirilsin”. Dahi Şəxsiyyətin arzularındakı Naxçıvan artıq reallığa çevrilibdir. Müasir Naxçıvan bu gün tərəqqi və inkişafın ən yüksək zirvəsindədir. Bu zirvədən baxdıqda insan iradəsinin, zəhmətinin nəyə qadir olduğu aydın görünür. Naxçıvan Muxtar Respublikası coğrafi mövqeyi, özünəməxsus iqlimi, əsrararəngiz təbiəti qədim tarixi, qədim dövrlərin yadigarı olan tarixi abidələr - Möminə Xatun, Qarabağlar, Yusif İbn Küseyir, Gülüstan türbələri, tarixi yaddaşı özündə əks etdirən qədim insanların ilk məskunlaşdığı yaşayış yeri - Gəmiqaya, Kilit mağarası, bu yerlərin əzəmətinin, məğlubedilməzliyinin simvolu olan Əlincə Qalası, möhtəşəmliyi ilə seçilən İlandağ, misilsiz təbiət abidələri olan Babək qalası, Göy-göl, Əshabi-Kəhf və yüzlərlə sənət əsərləri və zəngin mədəniyyəti ilə seçilən bir diyardır. Bəşəriyyətin əvvəlindən bu günümüzə qədər yaşayan bu tarixi abidələrin ömrünün uzaldılması əsl insanlıq və qəhrəmanlıq tələb edir. Bu abidələrin təməlli və əsaslı təmiri çox böyük səbr və insan əməyi, zəhməti bahasına başa gəlibdir. Cəmiyyətin inkişafının əsas şərtlərindən biri olan elm və təhsil sahəsində muxtar respublikamız inanılmaz nailiyyətlərə imza atmışdır. Ucqar dağ kəndlərinin məktəblərində (bir çox inkişaf etmiş ölkələrin qısqana bildikləri) şagirdlərin kompüterlərdən, elektron lövhələrdən, müasir laboratoriyalardan, kitabxanalardan və internetdən istifadə etməsi üçün bütün lazmi şərait yaradılmışdır. Müasir informasiya texnologiyaları ilə təmin olunmuş orta ixtisas və ali təhsil məktəbləri üçün tədris korpusları tikilmişdir. Naxçıvan şəhəri zirvə görüşlərinə, beynəlxalq konfrans və simpoziumlara, idman yarışlarına, bir çox nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi edir. Əhalinin rifah halını, abadlıq-quruculuq işlərini, sosial-iqtisadi inkişaf dinamikasını artıran Naxçıvan Muxtar Respublikası 2019-cu ildə “Muxtariyyət”imizin 95 illiyinə inamlı addımlarla irəliləyir. Bəli, müasir Naxçıvan artıq mənim 25 il bundan qabaq gördüyüm muxtar respublika deyil. Təbii ki, bu illər ərzində dəfələrlə doğma vətənimə gəlmək nəsib olubdur. Hər səfərdən aldığım təəssürat əvvəlki illə müqayisə olunmaz dərəcədə fərqli olub və hər dəfəki səfərdə yeniliyin və inkişafın şahidi olmuşam. Muxtar respublikanın mərkəzi Naxçıvan şəhərində olduğu kimi, bir ucu Ata tərəfi Şərurdan başlayaraq bir ucu Ana tərəfi Qızıl Qışlağa qədər və bölgənin ən ucqar kəndlərindəki nəqliyyat-kommunikasiya sisteminin, elektrik enerjisi, rabitə, qaz, su təminatı kimi sosial problemlərin ən yüksək səviyyədə həll olması insanda fərəh və qürur hissi yaradır. Ulu öndərimizin müəyyən etdiyi inkişaf strategiyasının lideri olan Naxçıvan Muxtar Respublikası haqda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi: “Azərbaycanın digər bölgələri də inkişaf edir. Amma sizə deyə bilərəm ki, bu baxımdan Naxçıvan Azərbaycanda liderdir və ümid edirəm ki, siz gələcəkdə də liderliyi saxlayacaqsınız. Bunu – abadlıq, quruculuq işlərini, yeni binaların yüksək zövqlə, səliqə ilə, diqqətlə tikilməsini Naxçıvana gələn hər bir vətəndaş, qonaq görür. Hiss olunur ki, bu işlər böyük məhəbbətlə görülür. Bu da əsas şərtdir. Bəzən sual verirlər ki, uğurlu siyasətin əsas səbəbi nədir? Mən hesab edirəm ki, xalqa olan məhəbbətdir, doğma torpağa olan məhəbbətdir. Əgər bu varsa, deməli, rəhbərlikdə olan şəxslər də öz doğma xalqına ləyaqətlə, məhəbbətlə xidmət edirlər. Bu, Naxçıvanda var və məni çox sevindirir”, - sözləri Naxçıvanın inkişafına verilən ən böyük qiymətdir. Bu uğurlu inkişaf, öz fəaliyyətini xalqa layiqli xidmət prinsipi üzərində quran və bunu əməli işi ilə sübuta yetirən, insanların maraq və mənafeyinə xidmət edən, naxçıvanlıların yüksək etimadını və etibarını qazanan Naxçıvan Muxtar Respublikasının Ali Məslisinin Sədri cənab Vasif Talıbovun rəhbərliyi, böyük əzmkarlığı, vətəninə və torpağına sevgisi, Ulu Öndərimizə və onun davamçısı Azərbaycan prezidenti cənab İlham Əliyevə sadiqliyi nəticəsində mümkün olubdur. Ulu öndərimiz Heydər Əliyevə və vətənimizin bu gününü görmək arzusu ilə öz həyatlarını və ömürlərini qurban verən müdrik və vətənpərvər insanlarımıza tarix boyu minnətdar olmalıyıq. Tarixi yaşadanları-tarix yaşadacaqdır...

Əlövsət Hüseynquliyev AŞPA-nın üzvü statusuna malik olan Beynəlxalq Antiterror Birliyi (BAB) prezidentinin müşaviri

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: