“Qızlar Liseyi”nə qəbul imtahanı keçirilib - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə bu gün “Qızlar Liseyi”nə qəbul imtahanı keçirilib. İmtahanda ümumtəhsil məktəblərinin 4-cü sinifini bitirən 230 qız şagird iştirak edib.
Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbdə baş tutan imtahanda şagirdlərə Azərbaycan dili və riyaziyyat fənnləri üzrə hər birindən ayrı-ayrılıqda 30, ingilis dili fənni üzrə isə 10 olmaqla, ümumilikdə 70 sual təqdim edilib.
İmtahanda ən yüksək nəticə göstərən 60 şagird liseyə qəbul ediləcək və onlar 5-ci sinifdən Naxçıvan Qızlar Liseyində təhsil alacaqlar. İmtahanlarının nəticəsi yaxın günlərdə elan ediləcək.
Nurlana Əhmədova