AZAL rəsmisi: Aviabiletlərin qiyməti beynəlxalq uçuşlar bərpa olunandan sonra müəyyən ediləcək

A- A A+

Aviabiletlərin qiyməti beynəlxalq uçuşlar bərpa olunandan sonra müəyyən ediləcək.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə "Azərbaycan Hava Yolları" (AZAL) Qapalı Səhmdar Cəmiyyətinin vitse-prezidenti Eldar Hacıyev deyib.

Onun sözlərinə görə, biletlərin qiymətindən danışmazdan öncə beynəlxalq uçuşlar başlanmalıdır: "Hazırda yeni qiymətlər barədə müzakirələr aparılmır. Uçuşlar başlayandan sonra bununla bağlı məsələ müzakirə olunacaq. Çünki, uçuş zamanı yerlər məhdud olacaq, sərnişinlərə qoruyucu avadanlıqlar paylanacaq. Bu xərclər isə şirkətin üzərinə düşəcək. Amma AZAL hələ ki, uçuşların qiymətinin bahalaşdırılması barədə düşünməyib"

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: