Xəbər verdiyimiz kimi, iyunun 18-də saat 12:00-da Bakıdan Naxçıvana ilk aviareys həyata keçiriləcək. Həmin gün saat 15:00-da isə ikinci aviareys yerinə yetiriləcək.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, biletlər AZAL-ın rəsmi saytında satışa çıxarılıb. Biletlərin qiymətində hər hansı artım yoxdur. Biletlər əvvəl olduğu kimi, yenə də 50 manata satılır.