Şərur şəhər Fizika-Riyaziyyat Təmayüllü liseyə qəbul imtahanı keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə  keçirilən imtahanda ümumtəhsil məktəblərinin 6-cı sinifini bitirən 344 oğlan şagird iştirak edib.

Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbdə keçirilən imtahanda şagirdlərə Azərbaycan dili fənni üzrə 20, riyaziyyat, fizika fənnləri üzrə hər birindən ayrı-ayrılıqda 25, ingilis dili fənni üzrə 15, coğrafiya, tarix, biologiya fənlərindən ayrı-ayrılıqda 5 olmaqla, ümumilikdə 100 sual təqdim edilib. Şagirdlər imtahanların nəticələri haqqında yaxın günlərdə məlumatlandırılacaqlar.

Test formatında keçirilən imtahanda yüksək nəticə göstərən 60 şagird təhsil ocağına qəbul ediləcək və onlar 7-ci sinifdən Şərur şəhər Fizika-Riyaziyyat Təmayüllü liseydə təhsil alacaqlar.

                                                                   Nurlana Əhmədova

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: