“Sahil” parkında tələbələr və istedadlı gənclər arasında rəsm müsabiqəsi keçirildi - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Sahil” parkında Naxçıvan Muxtar Respublikasında təhsil alan tələbələr və istedadlı  gənclər arasında  “Art Battle”-  üçüncü  “İncəsənət Döyüşü” rəsm müsabiqəsi keçirilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva, Gənclər və İdman naziri Azad Cabbarov, Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev müsabiqənin məqsədindən danışıblar.

Sonra gənc rəssamlar “Sahil” parkında müxtəlif mövzularda tablolar işləyiblər. Müsabiqədə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin hamiliyinə verilən Naxçıvan Dövlət Universitetinin və Naxçıvan Müəllimlər İnstitutunun müvafiq ixtisaslarında təhsil alan tələbələr və istedadlı  gənclər iştirak ediblər. 

30 gənc rəssamın qatıldığı müasbiqədə qaliblər təşkilatçılar tərəfindən diplom və fəxri fərmanlarla mükafatlandırılıblar. İnci Qənbərova və Həcər Bəylərova III, Çinar Hacıyev və Nihad Aslanov II, Nuray Gözəlova və Əzizə Hacıyeva isə I yerlərə layiq görülüblər.

Sonra sərgiyə baxış olub. Əl işlərində  doğma diyarımızın tarixi abidələri,  təbiət mənzərələri daha çox öz əksini tapıb. 

 Mədinə Rəhimli

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: