Naxçıvan televiziyasının əməkdaşları qanvermə aksiyasında iştirak edib - VİDEO
14 iyun Beynəlxalq Donor Günü ilə bağlı Naxçıvan Muxtar Respublika Xəstəxanasında qanvermə aksiyası keçirilib. Xeyriyyə məqsədilə keçirilən qanvermə aksiyasına Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri komitəsinin əməkdaşları da qoşulub. Əvvəlcə donorların arterial təzyiqi və qanlarının faizi yoxlanılıb.
Naxçıvan televiziyasının əməkdaşları bununla bağlı videomaterial hazırlayıblar.
NUHÇIXAN İnformasiya Agentliyi həmin videomaterialı təqdim edir:
Nurlana Əhmədova