NUHÇIXAN xəbər verir ki, Şahbuz rayonundakı “Batabat” yaylağında arıçılıq təsərrüfatlarının sahibkarları ilə birgə müşavirə keçirilib. Şahbuz Rayon İcra Hakimiyyəti, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı, İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, o cümlədən Naxçıvan dövlət universitetinin birgə təşkil etdiyi müşavirədə muxtar respublikada arıçılığın imkanları və təbii şərait haqda ətraflı məlumat verilib. Mütəxəssislər daha yaxşı məhsul əldə edilməsi üçün arı ailələrinə necə qulluq olunması məsələsinə də toxunublar. Bununla bağlı sahibkarlara məsləhətlər verilib.
O da bildirilib ki, dövlət arıçılığın inkişafını daim dəstəkləyir. Bütövlükdə 2000-2017-ci illər ərzində dövlətin maliyyə dəstəyi ilə banklar tərəfindən güzəştli şərtlərlə arıçı sahibkarlara 3 milyon 400 min manat, o cümlədən 2017-ci ildə 50 min manat həcmində kreditlər verilib. Nəticədə 3 yeni arıçılıq təsərrüfatı və 1 mum vərəqi hazırlayan sahə yaradılıb. Qeyd olunub ki, hər bir sahibkarlıq subyekti Sahibkarlığa Kömək Fondunun güzəştli kreditlərindən yararlana bilər.
Sonda sahibkarların suallarına aydınlıq gətirilib, yaddaş kitabçaları paylanılıb.
O da vurğulanıb ki, növbəti müşavirə Şərur rayonun işğaldan yeni azad olunan Günnüt kəndinin ərazisində keçiriləcək.
Turab Hacızadə