Bu gün 15 iyun - Milli Qurtuluş Günüdür. NUHÇIXAN İnformasiya Agentliyi Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü İbrahim Yusifoğlunun "Qurtuluş" poemasından bir parçanı təqdim edir:
QURTULUŞ
Poemadan parçalar
Çaylar, göllər, dənizlər yox,
Kükrəyirdi okeanlar.
Azərbaycan yaşayırdı
Fırtınada qorxunc anlar.
Dalğaların uğultusu
Yayılmışdı çox ellərə.
Okeanın açar-pultu,
Verilmişdi yad ellərə.
Qorxu, hədə harayında
Millət yaman bayılmışdı.
Tam günahsız bir məmləkət
Cinayətkar sayılmışdı.
Yurdumuza gələn bəla
Qəlb ağrıtdı, sinə dəldi.
Anaların ağısından
Göy ağladı, yer kövrəldi.
Kimsə....
Kimsə öz xalqının
Harayına yetməliydi.
Zil qaranlıq gecələrdə
Ömrü mayaq etməliydi.
Dalğaları yara-yara
Azadlığa getməliydi.
İmperiyanın buxovunu
Mərd bir oğul qırıb atdı.
Öz xalqının harayına
Ulu Öndər Heydər çatdı
....Gəldi doğma Bakısına,
Yollar, izlər sökülmüşdü.
Sanki qorxunc zəlzələdən,
Hər şey çölə tökülmüşdü
...Gəldi doğma Bakısına,
Yaşamağa yer istədi-
Vermədilər!..
Söyləməyə söz istədi!-
Vermədilər!..
Bir şəhəri tikən memar
Evsiz qaldı.
Yüz cilidlər yazan yazar
Sözsüz qaldı.
Nadanların nadanlığı
Yaman ağır gəldi ona.
Səmaları yarıb gəldi
Ana yurdu Naxçıvana!
Onun qəfil gəlişindən
Yer üzünə ələndi zər.
Peyğəmbər tək qarşılandı
Naxçıvanda Ulu Heydər.
Yamancana sarsılmışdı
İnsanların hallarına.
Onlar tezcə dönməliydi
Öz işıqlı yollarına
İmdad gəzən dərdli gözlər
Dikilmişdi gözlərinə.
Öndə görüb xilaskarı
Gəlmişdilər özlərinə.
Ən böyük dərd- Naxçıvanı,
Etmişdilər yalqız ada.
Yerdə-göydə bu diyarı,
Bürümüşdü blokada!
Rəhbər kimi yaşamaq da,
Naxçıvanda çətin idi.
Ulu Heydər öz işində
Bütöv idi mətin idi.
Dünya artıq nəzərini
Yönəltmişdi Naxçıvana.
O dahinin iradəsi
Son qoyurdu nahaq qana.
Az zamanda el səsini
Gur səsilə səsə qatdı.
Qorxuları, yalanları,
Ürəklərdən silib atdı.
Bu azadlıq savaşında,
Yol yox idi daha geri.
Naxçıvan da məhv olurdu,
İmperiya – SSRİ!
Dədə Heydər seçimində
Haqq, ədalət yolun seçdi.
Blokada sipərini
Siyasətlə yarıb keçdi.
Qardaş əli yetməyibdi
Qardaşına yüz il bəri.
Min ümidlə saldırdı o
Araz üstə körpüləri.
Tanrımızın duasıyla
Neçə bağlı yollar açdı.
Naxçıvanın səmasında,
İşıq oldu, işıq saçdı.
Bəd xəbərlər yazılırdı,
Gözlənirdi qırğın hər an.
Gizli, aşkar bölünürdü
Neçə yerə Azərbaycan.
Sanki bizə bəs deyildi
Qarabağın qara baxtı
Bir qardaşın gülləsiylə
Bir qardaşın qanı axdı.
Vətənin hər bölgəsində
Yad tonqallar çatılmışdı.
Hərə bir cür duşub tora,
Döyüşlərə qatılmışdı.
Bakı coşub hayqırırdı:
-Bunu hamı bilməlidir,
Bu ölkəni yaşatmağa
Yalnız Heydər gəlməlidi!
Ulu Heydər gəlməlidi,
Bütün səddi yıxmalıdı.
Azərbaycan xoş günlərə-
Qurtuluşa çıxmalıdı.
Xalqın iradəsi zülməti yardı,
Mavi göylərinə zər taxtı Bakı.
İstiqlal məşəli köksünü sardı,
Müstəqil dövlətin paytaxtı Bakı!
Fərsiz siyasəti rəhbər bəylərin,
Məhvə apardı azadlıq ləli.
Elin xəzər boyda istək səyləri.
Bakıya gətirdi uca Heydəri
Bu qəfil gəlişdən qara qüvvələr,
Qara əməllərdən qorxdu,dayandı.
Qəlblərdə buzlaşmış soyuq ürəklər,
Azadlıq eşqiylə alışıb,yandı.
Dəyişdi görkəmi şəhər,kəndlərin,
Yayıldı ellərə şöhrəti, şanı.
Elə ovsunladı incik qəlbləri,
Qoymadı bölünsün Azərbaycanı.
Onun büllur kimi əməllərindən,
Çeşmələr çağladı, çaylar duruldu.
Xalqın vətən sevər igidlərindən,
Yenilməz, əyilməz ordu quruldu.
Mərkəzdə ,ən uzaq dağ kəndlərində
Məktəblər tikdirmək istək-səyidi.
Bir inam var idi, geniş qəlbində.
Təhsil millətin gələcəyidi.
İdman yarışları,olimpiada,
Bizi qovuşdurdu xoş çağımızla.
Dünyanı titrədən çox yarışlarda
Ucaldı himnimiz,bayrağımızla.
Bütün arzular çin olubdu,çin,
Bir qüdrət var idi imza-qolunda.
Olsa da bir qədər əzablı,gərgin,
Bir həyat başladı,ipək yolunda.
Zəhməti bar verdi Ulu öndərin,
Dünya heyran qaldi “Bakı-Ceyhan”a.
Xəzərdən uzanan qaz kəmərləri
Bərəkət bəxş etdi bütöv cahana.
İllərlə həllini tapmayan işlər,
Heydər zəkasıyla tapdı həllini.
Onunla baş tutan rəsmi görüşlər.
Dünyaya tanıtdı doğma elini.
Müstəqil dövlətin mərd prezidenti
Ali kürsülərdən yaydı səsini.
Öz doğma dilində tam kəskin,qəti,
Bəşərə çatdırdı haqq kəlməsini.
Bu gün son mənzili fəxri xiyaban,
Qərq olub əbədi çiçək ətrinə.
O Günəş ömrünü dünyaya yayan,
Dönübdür şerimin qızıl sətrinə.
Bir insan ömründən söz açıram mən,
O,mavi göylərdən enməyəcəkdir.
Əbədi bir ömür alıb Günəşdən-
O,Heydər ömrüdür sönməyəcəkdir!