Muxtar respublikada dezinfeksiya tədbirləri intensiv xarakter alıb  - VİDEO

A- A A+

Muxtar respublikada infeksion və mövsümi xəstəliklərə, viruslara qarşı yaşayış binaları, prospektlər, avtomobil yolları və insanların sıx toplaşdığı yerlər mütəmadi olaraq dezinfeksiya edilir, qabaqlayıcı genişmiqyaslı profilaktik tədbirlər görülür. Növbəti belə tədbir Naxçıvan şəhərində olub.

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən aparılan genişmiqyaslı dezinfeksiya işləri Naxçıvan şəhərinin Çənlibel, Qoçüstü, Atabəylər, Əlincə və Babək  məhəllələrini, o cümlədən ticarət obyektlərini, “Saat Meydanı” Turistik İstirahət Mərkəzini, Sahil Parkını, Əyləncə Adası, Möminə Xatın türbəsinin və Xan Sarayının ətrafını, Açıq Səma Altındakı Muzeyi əhatə edib.

Naxçıvan televiziyasının əməkdaşları bununla bağlı videomaterial hazırlayıblar.

NUHÇIXAN İnformasiya Agentliyi həmin videomaterialı təqdim edir:

 

Mahmud Hüseynov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: