Kilid mağarasında tədqiqat işləri aparılır - FOTOLAR

A- A A+

Naxçıvanda Qədim daş dövrünə aid olan abidələrdən biri də Ordubad rayonu ərazisindəki Kilid mağarasıdır.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki,  Kilid mağarasında tədqiqat işləri aparılır.

Kilid mağarası Ordubad rayonunun eyni adlı kəndi ərazisindədir. Kilid ətrafında bir neçə mağara mövcuddur. Bu mağaralarda hələ daş dövründə insanların yaşaması ilə bağlı maraqlı faktlar aşkar olunub. Kilid mağarası kimi qeydə alınan və tədqiqata cəlb edilən ən böyük mağaranın uzunluğu 24 metrdir. Təbii şəkildə olan mağara sağ və sola 2 istiqamətdə ayrılır. Mağarada aşkar edilmiş mədəni təbəqə hələ Neolit dövründə burada qədim insanların məskunlaşdığını göstərir. Arxeoloqlar mağarada  əmək  alətlərinin  olduğunu güman edirlər.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası ərazisində aşkar edilən Qazma və Daşqala mağaraları da daş dövrünə aid edilən insan məskənlərindəndir. Qazma mağarası nəinki Azərbaycanda, hətta Qafqazda ən qədim insan məskəni kimi məşhurlaşıb.                                                                  

                                                             Nurlana Əhmədova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: