Naxçıvan şəhərində əmək yarmarkası keçirilib: 36 nəfərə işə göndəriş verilib

A- A A+

İşaxtaran vətəndaşların müvafiq iş yerləri ilə təmin olunması məqsədilə muxtar respublikanın şəhər və rayonlarında vaxtaşırı əmək yarmarkaları təşkil olunur.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, növbəti belə əmək yarmarkası Naxçıvan Regional Peşə Tədris Mərkəzində təşkil edilib.

Əmək yarmarkasında dövlət və özəl müəssisələr tərəfindən vətəndaşlara 598 boş iş yeri təqdim edilib.

Yarmarkada iştirak edərək öz peşə və ixtisaslarına uyğun işləri seçən 36 nəfərə  vakant iş yerlərinin tutulması ilə bağlı göndərişlər verilib. Əmək yarmarkasında həmçinin peşə və ixtisası olmayan, yaxud peşə bacarığına uyğun iş tapılmasında çətinlik yaranan 7 nəfərin peşə hazırlığına, 4 nəfərin isə özünüməşğulluq proqramına cəlb edilmələri üçün qeydiyyatı aparılıb.

Qeyd edək ki cari ilin ötən dövrü ərzində Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında keçirilən əmək yarmarkalarında ümumilikdə 65 dövlət, 66 özəl müəssisə tərəfindən boş iş yeri çıxarılıb, 129 vətəndaşa işə göndəriş verilib.

                                                                                       Nurlan Sadiqov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: