AMEA Naxçıvan Bölməsində görkəmli Azərbaycan yazıçısı, ictimai-siyasi xadim Nəriman Nərimanovun anadan olmasının 150 illiyinə həsr olunmuş onlayn elmi konfrans keçirilib.
AMEA Naxçıvan Bölməsinin Beynəlxalq əlaqələr və informasiya şöbəsindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, bölmənin sədri, akademik İsmayıl Hacıyev qeyd edib ki, dövrünün görkəmli şəxsiyyətlərindən olan Nəriman Nərimanov hər zaman Azərbaycanın milli mənafeyini yüksək tutub.
Vurğulanıb ki, Azərbaycan tarixində, ədəbiyyatında özünəməxsus xidmətləri olan görkəmli yazıçının fəaliyyətini əks etdirən çoxsaylı kitab və monoqrafiyalar çap edilib, Nəriman Nərimanovun ictimai, siyasi fəaliyyətinin təbliği istiqamətində mühüm işlər görülüb.
Sonra Bölmə əməkdaşlarının mövzu ilə bağlı məruzələri dinlənilib.
Qeyd edək ki, konfrans Prezident İlham Əliyevin “Nəriman Nərimanovun 150 illik yubileyinin qeyd edilməsi haqqında” 14 fevral 2020-ci il tarixli Sərəncamına əsasən keçirilib.