Maliyyə və mühasibat işçiləri üçün videotəlim keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi tərəfindən keçirilən “Mühasibat uçotu standartları” adlı növbəti videotəlimə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi sistemində fəaliyyət göstərən 10-dan artıq maliyyə və mühasibatlıq işçisi cəlb edilib.

Təlimin məqsədi mühasibatlıq sahəsində çalışan işçilərin peşə hazırlığının təkmilləşdirilməsi və biliklərinin qiymətləndirilməsindən ibarətdir.

Təlimdə  Maliyyə Nazirliyi Aparatının baş məsləhətçi-mühasibi Məmmədnağı  Əkbərov “Hesablar planı və müxabirləşmələr”, “Maliyyə hesabatlarının hazırlanması” mövzularlarında iştirakçılara geniş məlumat verib .

Mövzular slaydlar vasitəsi ilə iştirakçıların  diqqətinə çatdırılıb, onlara  praktiki tapşırıqlar verilib.  

 

                                                   Novruz Məmmədov

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: