Liseylərə qəbulun nəticəsi elan olundu

A- A A+

Təhsil Nazirliyinin nəzdindəki Naxçıvan Qızlar Liseyi və Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyə qəbul imtahanının nəticələri açıqlanıb.

Nazirliyin  mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, Naxçıvan Qızlar Liseyinə qəbul imtahanında ümumtəhsil məktəblərinin IV sinfini bitirən 230 qız şagird,  Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyə isə VI sinfi bitirən 352 oğlan şagird iştirak edib, onlardan ən yüksək nəticə göstərən 60 şagird liseyə qəbul olunub.

Qəbul imtahanlarının nəticələrini Təhsil Nazirliyinin instaqram səhifəsindən və liseylərdən öyrənmək mümkündür. İmtahandan uğurla keçmiş şagirdlər iyulun 15-dək müvafiq liseylərdə qeydiyyatdan keçməlidirlər.

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: