Fövqəladə Hallar Nazirliyinin Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsində vakant vəzifələrin tutulması üçün müsabiqə elan edilib
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, müsabiqəyə 10 vakant vəzifə çıxarılıb. Müsabiqədə iştirak etmək istəyən şəxslər 19 iyun-20 iyul 2020-ci il tarixlərdə Komissiyanın internet portalında (www.dqmk.nmr.az) “şəxsi kabinet” bölməsinə daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər.
Elektron ərizələrin təsdiqi həftənin iş günləri saat 9:00-dan 12:30-dək və 14:00-dan 17:30-dək həyata keçirilir. Namizədlər elektron müraciət formasını doldurarkən iddia etdikləri vakant vəzifələrin tutulma şərtlərini nəzərə almalıdırlar. Namizəd bir neçə vakant vəzifənin tutulması üçün müraciət edə bilər.
Qeydiyyatdan keçməkdə çətinlik çəkən namizədlər Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya gəlməklə müraciət edə bilərlər. Maraqlananlar komissiyanın (036) 545-65-71 nömrəli əlaqə telefonu və ya [email protected] elektron poçt ünvanı vasitəsilə ətraflı məlumat əldə edə bilərlər.
Vakant vəzifələrin siyahısı ilə aşağıdakı keçid vasitəsilə tanış olmaq mümkündür:
https://www.dqmk.nmr.az/fhn_elan_19_06_2020.php