Naxçıvanda istehsal olunan məhsulların satış bazarları genişlənir - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikasında uğurla davam etdirilən quruculuq işlərində və ixrac potensialında "Gəmiqaya Daş Məhsulları Sənaye Kompleksi" Məhdud Məsuliyyətli Cəmiyyətinin payı böyükdür.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, 2010-cu ildə yaradılan və tamamilə yerli xammal əsasında fəaliyyət göstərən bu müəssisə muxtar respublikanın təbii sərvətlərindən daha səmərəli istifadə etməklə travertin və mərmər emalı üzrə ixtisaslaşıb. Müəssisə muxtar respublikamızda həyata keçirilən genişmiqyaslı quruculuq tədbirlərində yerli tikinti materiallarına olan tələbatın ödənilməsində mühüm rol oynayır.

Müəssisədə istehsal olunan yüksək keyfiyyətli məhsullar xarici bazarlara çıxarılır.Cari ilin ötən dövrü ərzində “Gəmiqаyа Dаş Məhsullаrı Sənаyе Kоmplеksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin istehsal sahələrində hazırlanan 1805 ton travertin daş məhsulları sifarişə uyğun olaraq, İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş mənşə sertifikatları əsasında Gürcüstan Respublikasına göndərilib.

İxrac ilində İqtisadiyyat Nazirliyi tərəfindən xarici ölkələrdə ixracatçılarımıza dəstək ola biləcək təşkilati tədbirlər görülərək, yerli istehsal məhsullarından olan vafli, tütün məmulatları (siqaret), travertin, mərmər, mineral sular Gürcüstan, Türkiyə, ABŞ, İraq, Ukrayna, Əfqanıstan, Belçika Krallığı, Türkmənistan kimi ölkələrə ixrac edilib. İxrac edilən məhsulların beynəlxalq tələblərə uyğun yoxlanılmasını təmin etmək məqsədilə 52 hаldа mənşə sertifikatın verilməsi xarici ölkələrə məhsul ixracını asanlaşdırıb.

Qeyd edək ki, sənaye məhsullarına ixracla bağlı geri ödəmə mexanizminin tətbiq olunması da muxtar respublikada istehsal olunan məhsulların ixracının stimullaşdırılmasında mühüm rol oynayır. Bu ilin ötən dövrü ərzində İqtisadiyyat Nazirliyinə bu istiqamətdə 11 müraciət daxil olub və ixrac olunan sənaye məhsulları üzrə 21 min manatdan çox ixrac təşviqi ödənilib. 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: