Ordubad və Culfa rayonlarının kəndləri dezinfeksiya edilib - FOTOLAR

A- A A+

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, Nazirliyin şəxsi heyəti tərəfindən Ordubad və Culfa rayonlarında ümumilikdə, 253 kilometr və ya 2 mln 72 min kvadratmetr yol və səkilər dezinfeksiya edilib.

Qeyd edək ki, dezinfeksiya tədbirləri Culfa şəhərinin əsas yollarında, Yaycı, Əbrəqunus, Ərəzin və Kırna kənd mərkəzlərində, eləcə də Ordubad rayonunun Unus, Kələki, Dırnıs, Anaqut, Qoruqlar, Başkənd, Vələver, Ağrı, Vənənd, Dizə və Xanağa kəndlərində həyata keçirilib.

Dezinfeksiya işlərinə Fövqəladə Hallar Nazirliyinin 4 ədəd yanğınsöndürmə avtomobili, 20 nəfər şəxsi heyəti, həmçinin 1 ədəd dezinfeksiya avtomobili cəlb edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: