DMX Azərbaycanda müvəqqəti olma müddəti bitən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müraciət edib

A- A A+

Dövlət sərhədində giriş-çıxışa tətbiq edilmiş məhdudiyyətin avqustun 1-dək uzadılması nəzərə alınmaqla, ölkədə olma müddəti avqustun 1-dək bitəcək əcnəbilərin müraciətləri Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən qəbul edilmiş hesab olunur və bu şəxslərin müvəqqəti olma müddətləri 30-60 gün uzadılacaq.

DMX-dən NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, müvəqqəti olma müddəti (müvafiq dövlət rüsumu ödənilməklə) artıq 60 gün uzadılmış əcnəbilərin ölkədə olması, dövlət sərhədində hərəkətlə bağlı tətbiq edilən məhdudiyyətlər aradan qaldırılanadək əlavə müraciət olmadan və dövlət rüsumu ödənilmədən qanuni hesab olunur. Dövlət sərhədində hərəkətlə bağlı tətbiq olunan məhdudiyyətlər aradan qaldırıldıqdan sonra qısa müddətdə həmin əcnəbilərin ölkə ərazisini tərk etmələri və ya müvafiq əsaslar olduğu təqdirdə, müvəqqəti yaşama icazəsinə müraciət etmələri tələb olunacaq. Bununla bağlı əlavə məlumat veriləcək.

Müvəqqəti olma müddətinin uzadılması barədə qərarları fiziki olaraq götürmək tələb olunmur. Zərurət olduğu təqdirdə, qərarlar Xidmətin rəsmi internet səhifəsi (https://eservice.migration.gov.az/public/application-track) vasitəsilə əldə edilə bilər.

Daha ətraflı məlumat üçün (012) 919 - Çağrı Mərkəzinə zəng etmək xahiş olunur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: