FHN Akademiyasına sənəd qəbulu müvəqqəti dayandırılır

A- A A+

Ölkəmizdə yeni növ koronavirusla (COVID-19) mübarizə çərçivəsində ciddi karantin rejiminin tətbiq edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarına uyğun olaraq, məhdudiyyətlərin mövcud olduğu müddətdə Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasına sənəd qəbulu müvəqqəti dayandırılır.

FHN-dən NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, sənəd qəbulunun bərpası və seçim prosedurunun davam etdirilməsi ilə əlaqədar əlavə məlumat veriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: