Qaz xətlərində təmir-bərpa işləri davam etdirilir - FOTOLAR

A- A A+

İstehlakçıların fasiləsiz və təhlükəsiz təbii qazla təminatını həyata keçirmək üçün muxtar respublikanın qaz təsərrüfatında təmir-bərpa işləri davam etdirilir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu ilin 5 ayı ərzində muxtar respublikada 73 min paqonometrdən artıq müxtəlif diametrli qaz xətlərində təmir-bərpa işləri  həyata keçirilib.

Hazırda muxtar respublikanın rayon mərkəzlərində və kəndlərdə də ehtiyac duyulan ərazilərdə qaz xətlərinin yenilənməsi davam etdirilir. Babək rayonunun Qahab kəndində qaz təsərrüfatı işçiləri xətlərin  dəyişdirilməsini keyfiyyətlə aparırlar.

Hazırda rayonun Nəcəfələdizə kəndində də kompleks quruculuq işləri gedir. Bununla bağlı bu yaşayış məntəqəsində də qaz xətləri yenilənib.

Məqsəd ondan ibarətdir ki, istehlakçılar  fasiləsiz və keyfiyyətli təbii qazla təmin olunsunlar.

                                                               Əbülfəz  Dünyamalıyev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: