Naxçıvan Muxtar Respublikası əhalisinin sayında artım baş verib. Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, 1 may 2020-ci il tarixə muxtar respublika əhalisinin sayı bir il öncəyə nisbətdə 3303 nəfər artaraq 460 min 294 nəfər olub.