“Şahbuz Dövlət Təbiət Qoruğunda” səyyari seminar-müşavirə keçirilib - FOTOLAR
Naxçıvan Muxtar Respublikasının Fövqəlаdə Hаllаr və Ekоlоgiyа və Təbii Sərvətlər nаzirliklərinin birgə təşkilatşılığı ilə“Şahbuz Dövlət Təbiət Qoruğunda” səyyari seminar-müşavirə baş tutub.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən xəbərdə bildirilir ki, tədbir Muxtar respublika ərazisində yerləşən meşələrdə, meşə ətrafı sahələrdə və xüsusi mühafizə olunan təbiət ərazilərində yanğın təhlükəsizliyi tədbirlərinin həyata keçirilməsi məqsədilə baş tutub.
Tədbirdə çıxış edənlər meşələrdə, meşə ətrafı sahələrdə və xüsusi mühafizə olunan təbiət ərazilərində yanğın təhlükəsizliyi tədbirlərinin həyata keçirilməsi məqsədilə görülmüş işlər və qarşıda duran vəzifələrdən danışıblar. Bildirilib ki, isti yay günlərində vətəndaşlar yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməlidirlər.
Tədbirin sonunda Şahbuz Dövlət Təbiət Qoruğunda fəaliyyət göstərən könülü yanğın komandasına əməli köməklik göstərilib, baş verəbiləcək yanğın hadisələrinin qarşısının cəld və çevik alınması məqsədilə heyətin döyüş hazırlığı yoxlanılıb.