Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, 2020-ci ilin yanvar-aprel aylarında muxtar respublika iqtisadiyyatında bir işçiyə hesablanan orta aylıq əməkhaqqı 520 manata çatdırılıb ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 19 faiz çoxdur.