Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyi və Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi birgə məlumat yaydı

6601

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, iyun ayının 26-dan etibarən Bakı şəhərində və respublikamızın digər rayon və şəhərlərində müvəqqəti yaşayan, Naxçıvan Muxtar Respublikasında daimi qeydiyyatda olan sakinlər vaxtı bitmiş, itirilmiş, yaxud istifadəyə yararsız hala düşmüş şəxsiyyət vəsiqələrini yenisi ilə əvəzləyə biləcəklər.

Məlumatda deyilir: "2020-ci il iyun ayının 26-dan etibarən Bakı şəhərində və respublikamızın digər rayon və şəhərlərində müvəqqəti yaşayan, Naxçıvan Muxtar Respublikasında daimi qeydiyyatda olan sakinlər vaxtı bitmiş, itirilmiş, yaxud istifadəyə yararsız hala düşmüş şəxsiyyət vəsiqələrinin yenisi ilə əvəzlənməsi üçün Bakı şəhərində, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsində növbəti dəfə fəaliyyət göstərəcək Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin müvafiq əməkdaşlarına müraciət edə bilərlər. Sakinlərdən göstərilən ünvanda müraciət zamanı Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın COVİD-19 Pandemiyası ilə əlaqədar qəbul etdiyi qərarlara ciddi riyaət etmələri xahiş olunur".

Ünvan:Bakı şəhəri, Rəşid Behbudov küçəsi -130.

Tel:012 590 64 43

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: